Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələr üçün onlayn maarifləndirici tədbir keçirilib

Tələbələr üçün onlayn maarifləndirici tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının 1-ci kurs tələbələri üçün yoluxucu xəstəliklər, onlardan qorunma yolları, sağlam həyat tərzi, COVID-19 virusu haqqında maarifləndirici tədbir keçirilib.

Katibliyin tibb bacısı Səbirə Əlişova tələbələrə yoluxucu xəstəliklərdən, onlardan qorunma yollarından, sağlam həyat tərzi, həmçinin dünyada, o cümlədən Azərbaycanda yayılmış COVİD-19 virusu barədə təqdimatla çıxış edib.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi